80 yaşlı kişi yanaraq öldü

20 Fevral 2017 18:21 (UTC+04:00)

Zaqatalada yanğın olub. Movqe.az-ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən evlərdən birində qeydə alınıb. Ümumi sahəsi 56 kv/m olan tikilidə baş verən yanğın söndürüldükdən sonra sobanın üstündən yanmış kişi meyiti aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1937-ci il təvəllüdlü Rəsul Musa oğlu Musayev olması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.