Liviyada baş nazirin korteji atəşə tutulub

20 Fevral 2017 18:49 (UTC+04:00)

 Liviyanın Baş naziri Fayez əs-Sərracın korteji Tripolidə naməlum şəxslər tərəfindən atəşə tutulub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə zamanı 2 mühafizəçi yaralanıb.
Kortejdə baş nazir, eləcə də Ali Dövlət Şurasının sədri və prezident mühafizəsinin rəhbəri olub. Baş nazirin vəziyyti barədə məlumat verilmir.