Dəm qazı daha bir gəncin həyatına son qoydu

21 Fevral 2017 11:59 (UTC+04:00)

Abşeron rayonunda dəm qazı bir nəfərin ölümünə səbəb olub.  Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, Gənclər şəhərciyi, 79-cu blokda qeydə alınıb. Orada yaşayan, 1993-cü il təvəllüdlü Samirə Bəhram qızı İsayeva yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.