Evdən 55 min manatlıq qızıl oğurlanıb

21 Fevral 2017 14:21 (UTC+04:00)

Bakıda mənzildən külli miqdarda qızıl oğurlanıb. Movqe.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər RPİ 1-ci PB və Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 15-də Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərdən birindən 55.000 manat dəyərində qızıl əşyaların və 1 ədəd planşetin Yevlax rayon sakini Şahin Bəkirov tərəfindən oğurlanması müəyyən edilib.

Oğurlanan qızıl əşyalar Ş.Bəkirovun qohumu tərəfindən Xəzər RPİ-yə təhvil verilib.