Səhiyyə Nazirliyi: Dönərxanadakı partlayışda xəsarət alanların hamısı evə buraxılıb

21 Fevral 2017 16:10 (UTC+04:00)

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki dönərxanada baş verən partlayış nəticəsində xəsarət alan 5 nəfərin hamısı ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Bu barədə Movqe.az-a Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanlardan üçü kişi, ikisi qadındır.

Onların heç birinin həyatı üçün təhlükə olmayıb.

Xəsarət alanlar Bakı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdilər.