Əkrəm Əylisınin "Daş yuxular" ı dəfn edildi

1 Fevral 2013 15:25 (UTC+04:00)
Bakıda xalq yazıçısı Əkrəm Əylislinin "Daş yuxular" əsərinə etiraz olaraq növbəti etiraz aksiyası keçirilib. Movqe.az-APA-a istinadən xəbər verir ki,  bir qrup gənc metronun "Xətai" stansiyasının yaxınlığında toplaşıb.
Aksiyaçılar üzərinə "Daş yuxular" yazılmış simvolik kitabı üstünə xaç işarələri çəkilmiş tabuta qoyaraq, rəmzi dəfn mərasimi keçiriblər. Dəfn mərasimi klarnetdə ifa olunan musiqinin sədaları altında keçirilib.