Putin Kim Çen Ina qarşı sanksiya tətbiq edir

21 Fevral 2017 17:10 (UTC+04:00)

Rusiyanın Xarici İşlər Nazirliyi prezidentin Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdiriləcəyinə dair fərmanın layihəsini hazırlayıb.Movqe.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yeni sanksiyaların tətbiqi nüvə sınaqları keçirməsinə cavab olaraq Şimali Koreyaya qarşı bir sıra məhdudiyyətləri nəzərdə tutan BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi ilə əlaqədardır. 

Fərman layihəsində tibb sahəsində mübadilə istisna olmaqla, Şimali Koreyanın ayrı-ayrı şəxsləri və ya təşkilatları ilə istənilən elmi-texniki əməkdaşlığa son qoymaq nəzərdə tutulur.