“WhatsApp”dan gözlənilən yenilik gəldi

21 Fevral 2017 17:30 (UTC+04:00)

“WhatsApp” messenceri öz-özünü məhv edən mesajlar xidmətini daxil edib. Yeni funksiyalara həmçinin şəkil, mətn və smayliklərlə bəzədilmiş foto və videoların paylaşılması imkanı verir. Paylaşım “Status” bölməsində peyda olur. İstifadəçilərin dostları paylaşımı 24 saat ərzində görmə imkanına malikdirlər.

“WhatsApp”ın öz-özünü məhv edən funksiyası məxfilik quraşdırmasına malikdir. İstifadəçilər öz statuslarını hansı dostlarına göstərmək imkanına malikdirlər.

Yenilik yaxın zamanlarda “Android”, iOS və “Windows Phone” platformalarında tətbiq olunacaq.