BMT: Qəddafinin oğlunun taleyi məlum deyil

21 Fevral 2017 17:50 (UTC+04:00)

Liviya lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin vəziyyəti barədə BMT heç bir məlumata malik deyil və onun sağ olub-olmaması barədə heç nə bildirə bilmərik. Trend-in məlumatına görə, bunu BMT rəsmisi Klaudio Kordoni Cenevrədə olarkən deyib. O qeyd edib: "Biz heç nəyə əmin deyik. Çünki Seyf əl-İslamı nə görən olub, nə onun barəsində eşidən. Lakin onun taleyi barədə bizə heç nə məlum deyil deyə, onunla nəsə pis bir şey baş verib kimi düşünmək istəmirik".