Hərbi Prokurorluğun müstəntiqi: “Xocalı soyqırımı ilə bağlı 4 istiqamətdə istintaq aparılır”

22 Fevral 2017 13:20 (UTC+04:00)

“Xocalı soyqırımı ilə bağlı cinayət işi Hərbi Prokurorluğun icraatındadır. 4 istiqamətdə istintaq aparılır”.

Movqe.az-ın xəbərinə görə, bunu Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Ülvi Əhmədov deyib.
O qeyd edib ki, Xocalının işğalı ilə Azərbaycana 523 milyon dollar dəyərində ziyan dəyib.
Ü.Əhmədov bildirib ki, indiyədək 7500 istintaq hərəkəti aparılıb.