Ermənistanın baş naziri İrana səfər edəcək

22 Fevral 2017 14:50 (UTC+04:00)

Ermənistanın baş naziri Karen Karapetyan mart ayının ortalarında İran İslam Respublikasına səfər edəcək.

“Movqe” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Yerevanın Tehrandakı səfiri Artaşes Tumanyanla Tehran Ticarət-Sənaye Palatasının rəhbəri Məsud Xansari onun səfəri ilə bağlı məsələni müzakirə ediblər.
Ermənistan səfiri bildirib ki, baş nazirin səfəri iki ölkə prezidentləri arasında əldə edilən razılaşma çərçivəsində reallaşacaq: "Səfər yaxın zamana planlaşdırılıb. Baş nazirin səfəri İranın yeni il bayramınadək, martın 21-dək gerçəkləşə bilər”.