Sabah bu yollar bağlı olacaq

22 Fevral 2017 18:21 (UTC+04:00)

Aparılan təmir işləri ilə əlaqədar olaraq Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində sabah səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.

Bu barədə Movqe.az-a “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

Hərəkətin məhdudlaşdırılması bir-neçə saat ərzində tətbiq ediləcək.

Göstərilən müddət ərzində sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.