Hərbi Prokurorluğun mətbuat katibi təqaüdə göndərildi

22 Fevral 2017 21:18 (UTC+04:00)

Azərbaycan Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri, hərbi prokurorun köməkçisi, polkovnik Əfrahim Təhməzov təqaüdə göndərilib. Movqe.az-ın xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Ə.Təhməzov səhhətindəki problemlərlə əlaqədar prokurorluq orqanlarından tərxis olunub.

Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə hələlik təyinat olmayıb.