Sahildə yoqa ilə məşqul oldu

1 Fevral 2013 17:15 (UTC+04:00)
Movqe.Az bildirir ki, Amerikalı aktrisa və müğənni Miley Sayrus, nişanlısı Laym Hemsvorsla tətil etmək üçün getdiyi Kosta Rika sahillərində yoqa edib. Tətildə olan zaman belə yoqa seanslarını gecikdirməyən 20 yaşlı Miley, fotoşəkillərini "Twitter"dəki pərəstişkarlarına paylaşıb. Müğənni şəkillərin altına "Kainatda sahib olduğum bütün gözəlliklər üçün yoqaya təşəkkür edirəm. Belə sakit bir yerdə yoqa etmıyin də başqa yeri var. İnsana daha da rahatlıq verir. Xoşbəxt olmaq istəyirsinizsə siz də yoqa etməlisiniz." yazıb.