Gömrükdən `beşbarmaq` geçirmək istədi

23 Fevral 2017 15:10 (UTC+04:00)

Dubay-Bakı aviareysilə Azərbaycana gələn ölkə vətəndaşı gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatıyla baxış zamanı monitorda "beşbarmağ"ın təsviri görünüb. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Movqe.az -a verilən məlumata görə, DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. 

Nəticədə, vətəndaşa məxsus çamadanın içərisindəki şəxsi əşyaların arasında 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.