Beyons fonoqram oxuduğunu etiraf edib
1 Fevral 2013 17:44 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Beyons
ABŞ prezidenti Barak
Obamanın Konqres
bağçasındakı xalqa açıq
andiçmə mərasimində ABŞ-ın
milli marşını səsləndirərkən
fonoqram oxuduğunu etiraf edib.
Nyu Orleans şəhərində
mətbuat konfransı təşkil edən
müğənni, "milli
marşı bilmədiyi üçün
söyləyə bilmədiyi"
iddialarına cavab olaraq
görüşün əvvəlində ABŞ
milli marşını canlı
olaraq səsləndirib.
Beyons performansının "unudulmaz" olması üçün fonoqram
oxuduğunu, o günün özü
üçün çox romantik
keçdiyini söyləyib.