Bakıda yanğın: 3 nəfər xəstəxanalıq oldu

23 Fevral 2017 16:49 (UTC+04:00)

Bakının Sabunçu rayonunda yanğın olub. Movqe.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 22-də saat 10 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsində Şəlalə Əsgərovanın kirayədə yaşadığı evdə yanğın baş verib. Nəticədə evin 60 kv. m. sahəsində yanar konstruksiyaları yanıb, mənzildə kirayədə yaşayan 3 nəfər xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.