Türkiyə Azərbaycanda yeni nümayəndəlik açacaq

23 Fevral 2017 17:00 (UTC+04:00)

Türkiyə Azərbaycanda kənd təsərrüfatının inkişafı üzrə nümayəndəlik açacaq. Movqe.az-ın məlumatına görə, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov brifinqdə deyib.

Nazir qeyd edib ki, nümayəndəlik Türkiyənin Azərbaycandakı səfirliyi yanında açılacaq:

"Səfirlikdə xüsusi nümayəndə - Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq nazirinin müşaviri təyin ediləcək. O, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına məsul olacaq".