Bakı məktəblərində ilk dərs Xocalıya həsr edilib-Baş İdarədən açıqlama

24 Fevral 2017 12:23 (UTC+04:00)

Bakı məktəblərində ilk dərslər bu gün Xocalı soyqırımına həsr edilib. Bu barədə Movqe.az-a məlumatı  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov verib. B. Məmmədov bildirib ki, fevralın 24-də paytaxtın ümumi təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr edilib.Bakı məktəblərində şagirdlər Xocalı soyqrımına, o qanlı faciəyə həsr olunmuş şeirlər ifa ediblər. 

Zülfiyyə QULUYEVA