Deputatlar Şəhidlər xiyabanında soyqırım abidəsinin ucaldılmasını təklif edib

24 Fevral 2017 14:46 (UTC+04:00)

Milli Məclisin deputatı Musa Qasımlı və Rafael Cəbrayılov Şəhidlər xiyabanında soyqırım abidəsinin ucaldılmasını təklif edib.
Movqe.az-ın reporta-a istinadən  xəbərinə görə, parlamentin bu gün keçirilən iclasında M.Qasımlı bildirib ki, bu abidə təkcə Xocalı hadisələrini deyil, digər soyqırımları da özündə əks etdirməlidir.

O qeyd edib ki, Xocalı faciəsi ilə bağlı təbliğat işləri gücləndirilməlidir.
Deputat Rafael Cəbrayılov çıxışında deyib ki, Azərbaycan xalqı soyqırıma məruz qalan xalqdır: “Təəssüflər olsun ki, soyqırımı özündə əks etdirən möhtəşəm memorial kompleks yoxdur. Şəhid xiyabanı ziyarət edilir, bu, yaxşı addımdır. Sanki, Xocalı soyqırımı bir qədər arxa planda qalır. Təklif eirəm ki, Şəhid xiyabanında soyqırımı özündə əks etdirən memorial kompleks salınsın”.