Elmar Məmmədyarov: Nalbandyan bizə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müsbət dəyərləndirmək şansı qoymayıb

24 Fevral 2017 14:37 (UTC+04:00)

Mart ayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya rəsmi səfəri baş tutacaq.

Movqe.az-ın məlumatına görə, bu barədə E.Məmmədyarov özü cibutili həmkarı Mahmud Əli Yusiflə birgə brifinq zamanı məlumat verib.

Dağlıq Qarabağ münaqişəsi barədə danışan nazir danışıqlarla bağlı nikbinlik hiss etmir:

“Ermənistanın xarici işlər naziri bizə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müsbət dəyərləndirmək şansı qoymayıb. Moskvaya səfər zamanı münaqişənin həllini müzakirə etmək niyyətindəyəm”.