Suriyada 2 türk hərbçi ölüb, 3-ü yaralanıb

24 Fevral 2017 16:48 (UTC+04:00)

torpağa basdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 türk hərbçi ölüb, 3-ü yaralanıb.

Bu barədə Movqe.az trend-ə istinadən məlumat verir.

Yaralılar dərhal xəstəxanaya aparılıb, həyati təhlükələri yoxdur.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə müxalif "Azad Suriya Ordusu" tərəfindən nəzarət altına alınan Əl-Bab bölgəsində minalanmış avtomobillə terror aktı törədilib. Hadisə nəticəsində ən azı 29 nəfər ölüb.