Məşhur müğənni ilin xeyriyyəçi adamı seçildi

25 Fevral 2017 10:42 (UTC+04:00)

Rihanna Harvard Universiteti tərəfindən "İlin ən xeyriyyəçi adamı” seçilib.
Movqe.az publika.az-a istinadən xəbər verir ki, müğənni Barbadosdaki Kraliça Yelizaveta Xəstəxanasına böyük ianələr edib. Bununla yanaşı, Dünya QİÇS Günündə ölkəsində Şahzadə Harri ilə görüşərək səhiyyə, təhsil və sənət sahələrinin inkişafı üçün böyük töhfələr verib.