Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli biznes-forumuna İran da qoşula bilər

25 Fevral 2017 14:33 (UTC+04:00)

Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli formatda növbəti biznes-forum Naxçıvanda keçirilə bilər.

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, İran da bu formata qoşula bilər ki, nəticədə görüş dördtərəfli formatda keçirilə bilər.