"İnfiniti"nin sürcüsü suda boğuldu

2 Fevral 2013 09:55 (UTC+04:00)

Salyan rayonunun Kürsəngi kəndi ərazisində suya düşmüş "10 NJ 114" nömrəli "İnfiniti" markalı avtomobil sudan çıxarılıb. Bu barədə APA-nın müxbiri hadisə yerindən məlumat verir. Məlumata görə, avtomobilin çıxarılması ilə onun içərisində 1 nəfərin, yəni sürücünün olduğu məlum olub. Suda boğulmuş sürücünün Şirvan şəhəri sakini Xəqani küçəsi 19 mənzil 48 ünvanında yaşayan 1983-cü il təvəllüdlü Yusubov Rəşad Zamin oğlu olduğu müəyyən edilib. İlkin versiyaya görə qəzaya səbəb qatı dumanlı hava olub. Belə ki, görünmə məsafəsi 2-3 metr olub.