Goranboyda avtomobil təmiri sexi yanıb

26 Fevral 2017 19:12 (UTC+04:00)

Goranboyda yanğın qeydə alınıb.

Movqe.az  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Goranboy rayonu, Nadirkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 70 m2 sahədə yanıb.

Sexinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.