Baloğlan Əşrəfovun ailəsində ağır itki

26 Fevral 2017 16:38 (UTC+04:00)

Əməkdar artist Baloğlan Əşrəfovun anası Şüküfə xanım 84 yaşında rəhmətə gedib. 

Movqe.az bildirir ki, Axşam.az-ın əldə etdiyi məlumata görə, Şüküfə xanımın bir müddətdir səhhətində problem var idi. 

B.Əşrəfov əməkdaşımızla söhbətində anasının yas mərasiminin Masallıda baş tutacağını bildirib:

"Yeddiyə kimi mərasimi Masallıda doğma kəndimdə verəcəm. Cümə axşamlarından biri Bakıda baş tutacaq. 40 mərasimi də Masallıda olacaq".

Allah rəhmər eləsin!