"Oskar" alan iranlı Trampın qərarını insanlığa sığdırmadı - FOTO

27 Fevral 2017 15:27 (UTC+04:00)

"The Salesman" ("Satıcı") filmi ilə "Oskar" mükafatına layiq görülən iranlı rejissor Əsgər Fərhadi mərasimə qatılmayıb.

Movqe.az bildirir ki, o, Donald Trampın bir müddət əvvəl müsəlmanlarla bağlı qoyduğu səyahət qadağasına etiraz etmək üçün mərasimin təşkil olunduğu Los-Ancelesə getməyib.

Mükafatı onu təmsil edən Anuşeh Ənsari alıb.

Ənsari mərasimdə Fərhadinin dilindən bu sözləri deyib:

"Bu gün burada olmamağımın səbəbi ölkəmin insanlarına və ABŞ-a girişi qadağan edilən digər 6 ölkəyə olan hörmətimdəndir". O, nitqində Trampın bu qərarını "inhumane law" (insanlığa sığmayan) adlandırıb.

Milli.Az