"Oskar"da "Quran" ayəsi oxundu - video

27 Fevral 2017 16:37 (UTC+04:00)

89-cu Oskar mükafatlandırma mərasimində "Ən yaxşı qısa sənədli film" nominasiyasında "The White Helmets" ("Ağ dəbilqələr") qalib olub.

Movqe.az-ın axşam.az-a  istinadən məlumatına görə, Suriyada yüzlərlə insanın həyatının xilas olmasından bəhs edən filmin rejissoru Orlando vin Einsiedel mükafatı almaq üçün səhnəyə çıxıb.

O, çıxışı zamanı "Quran"dan "Maidə surəsi"nin 32-ci ayəsini oxuyub. "Bir nəfərin həyatını xilas etmək bütün insanlığın həyatını xilas etməkdir" sözlərindən sonra o, gecədəki bütün ulduzları ayağa qaldıraraq Suriyada müharibənin bitməsi üçün alqış istəyib.

Bütün zal ayağa qalxaraq onu alqışlayıb.