Əsəd bu haqda ilk dəfə danışıb

3 Fevral 2013 17:42 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd, Çərşənbə günü təşkil edilən hücumla əlaqədar ilk dəfə danışıb. O, İsraili Suriyadakı sabitliyi pozmağa çalışmaqla təqsirləndirib. Suriyanın rəsmi xəbər agentliyi Sananın məlumatına görə, Əsəd, təşkil edilən hava hücumun "İsrailin əsl rolunu" ortaya çıxardığını söyləyib. Əsəd həmçinin, İsrailin məqsədinin xarici düşmən qüvvələr agentləriylə Suriyanı zəiflətmək olduğu ifadəsini istifadə edib.