Hava yağmursuz keçəcək

3 Fevral 2013 19:15 (UTC+04:00)

Fevralın 4-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, havanın temperaturunun  gecə 1-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq. Bakıda gecə 2-4 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın bölgələrində də havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı proqnozlaşdırılır.