Ermənistanda zəlzələ - Azərbaycanda da hiss olundu

28 Fevral 2017 13:13 (UTC+04:00)

Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, yerli vaxtla saat 10:29-da Ordubaddan 37 km şimal-şərqdə Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.5, dərinliyi 11 km olan zəlzələ Ordubad ərazisində 3 bala qədər hiss olunub.

Trend