Həmsədr: "Təmas xəttindəki son hadisə danışıqların tezliklə bərpasının vacibliyini göstərir"

28 Fevral 2017 14:55 (UTC+04:00)

"Təmas xəttində baş verən son insident regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün tərəflərin tez bir zamanda danışıqları bərpa etməsinin vacibliyini göstərir".
 
Movqe.az-ın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland “armenpress.am” saytına müsahibəsində deyib.
 
“Mən və ATƏT-in Minsk qrupunun digər həmsədrləri fevralın 25-də bəyanat yayaraq atəşkəsə və güc tətbiq edilməməsi prinsipinə sadiqlik göstərilməsinə çağırış etmişik”, - deyə həmsədr qeyd edib. 

APA