Səbailli gənclərin möhtəşəm bayram balı keçirildi

2 Fevral 2013 10:26 (UTC+04:00)

Burada hər zaman gənclərə dəstək olan Heydər Əliyev Fondunun və onun rəhbəri YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyevanın da fəaliyyətini qeyd etmək lazımdır. Fondun Azərbaycanın mədəniyyətinin və tarixinin, ölkədəki nailiyyətlərin dünya miqyasında təbliği və tanınmasında böyük rolu vardır. Keçən il keçirilən "Avroviziya" mahnı müsabiqəsinin, həmçinin 2015-ci ildə Bakıda keçəriləcək ilk Avropa Olimpiya Oyunlarının təşkilat komitələrin Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təyin olunması Fondun ölkənin ictimai-siyasi həyatındakı rolunu aydın əks etdirir. Heydər Əliyev Fondu gəncləri, onların qayğılarını hər zaman diqqət mərkəzində saxlayır.

Şəhərimizin gözəl məkanlardan birinə çevrilən Dövlət Bayrağı Meydanındakı "Jristall-Hall"da Səbail rayon gənclərinin 2 Fevral – Gənclər gününə həsr olunmuş möhtəşəm bayram balı keçirilmişdir. Gənclər balına rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoci fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələrini, çoxsaylı qonaqlar dəvət olunmuşdur.

Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dəvət olunanları salamlayaraq qeyd etmişdir ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Millətin yaşaması və inkişafı üçün təməl daşı olan gəncliyin möhkəm olması üçün yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlıq lazımdır. Ümummilli liderimiz Heydər Əliyev 1994-cü illin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyi yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin gənclər Forumu keçirildi və Ulu öndər Heydər Əliyevin elə həmin gün imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi.

Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "Azərbaycan Gəncliyi Dövlət Proqramı" təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir.

Qeyd olundu ki, Səbail rayon əhalisinin təqribən 21,5 faizini gənclər təşkil edir. Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür.

Tədbirdə çıxış edən digər çıxışçılar ölkədə və Səbail rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gənclərimizi bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.

Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 20 nominasiya üzrə gəncə və gənc kollektivə Səbail rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Mərasim respublikamızın populyar incəsənət xadimlərinin iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə başa çatmışdır.