TRT 1-in yayımı sabahdan bərpa olunacaq

28 Fevral 2017 15:08 (UTC+04:00)

"TRT 1" televiziya kanalının Azərbaycanda yayımı sabahdan bərpa olunacaq.

Movqe.az-ın  məlumatına görə, Azərbaycanın Milli Televiziya və Radio Şurası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Türkiyənin Radio, Televiziya Yayımı arasında əldə olunan razılaşmaya əsasən, TRT 1 telekanalının martın 1-dən etibarən Azərbaycanda sosial paket daxilində yayımı təmin ediləcək.

Qeyd edək ki, "TRT 1" telekanalı 1995-ci ildən etibarən Azərbaycanda yayımlanır. Lakin rəqəmsal yayımla bağlı müqaviləsi olmadığına görə ötən il noyabrın 1-dən TRT 1-in Azərbaycanda yayımı dayandırılmışdı.