Duman, çiskin olacaq

1 Mart 2017 12:48 (UTC+04:00)

Bakı və Abşeron yarımadasında martın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 2-5° isti,  gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz  11-13° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  768 mm civə sütunundan  764  mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 %  təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.