Millimizin oyunlarının vaxtı müəyyənləşdi

1 Mart 2017 13:47 (UTC+04:00)

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək II qrupunun oyunlarının təqvimi bəlli olub.

Movqe.az goal.az-a  istinadən xəbər verir ki, AVRO-2018-ə qatılmaq arzusunda olan 4 komanda paytaxtda üz-üzə gələcək.

Turnirin bütün oyunları Bakı İdman Sarayında keçiriləcək. İlk turda yığmamız Bosniya və Herseqovinanı sınağa çəkəcək. Ardınca Albaniya, sonda isə Macarıstanla qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələnin qrup qalibləri birbaşa AVRO-2018-ə vəsiqə qazanacaq. 2-ci yer sahibləri və ən yaxşı nəticəyə malik 3-cü yeri tutan komanda pley-offda son 4 vəsiqənin sahibini müəyyənləşdirəcək.

 

AVRO-2018 əsas seçmə mərhələ

II qrup

I tur

8 aprel

16:00. Macarıstan - Albaniya

18:30. Azərbaycan – Bosniya və Herseqovina

II tur

9 aprel

16:00. Bosniya və Herseqovina - Macarıstan

18:30. Azərbaycan – Albaniya

III tur

11 aprel

17:30. Albaniya – Bosniya və Herseqovina

20:00. Macarıstan – Azərbaycan