Mobil rabitə xidmətləri ilə bağlı fəaliyyətə lisenziya 10 il müddətinə veriləcək-Azərbaycanda

2 Mart 2017 12:19 (UTC+04:00)

Azərbaycanda mobil rabitə xidmətləri ilə bağlı fəaliyyət növünə lisenziya 10 il müddətinə veriləcək.
Movqe.az-ın xəbərinə görə, bununla bağlı "Lisenziyalar və icazələr haqqında" qanununa dəyişiklik təklif edilir.
Dəyişiklik layihəsinə əsasən, "Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı"na "Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)" fəaliyyət növü əlavə edilir.
Bu fəaliyyət növünə lisenziyanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 10 il müddətinə verəcək.
Dəyişiklik layihəsi Milli Məclisin martın 7-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.