Abituriyentlərin nəzərinə!

2 Mart 2017 16:58 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışlarında ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün “AZƏRBAYCAN DİLİ” və “РУССКИЙ ЯЗЫК”  fənləri üzrə vəsaitləri nəşr edib.
Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə,  vəsaitlər buraxılış imtahanlarına hazırlaşan IX və XI sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün etibarlı mənbədir. Vəsaitlər, iki hissədən ibarətdir. Birinci hissədə sinfin yeni təhsil proqramı (kurikulum) və dərsliyinə əsaslanan qiymətləndirmə tapşırıqları, ikinci hissədə isə qapalı və açıq tipli test tapşırıqları dərc edilib. 
Vəsaitlərdən ümumi təhsil müəssisələrində qiymətləndirmə vasitəsi kimi, həmçinin pedaqoji yönümlü ali təhsil müəssisələrində və müəllimlər üçün təlim kurslarında metodiki material kimi istifadə oluna bilər.
Vəsaitləri DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar: