Rabitə işçilərinin rifahı daim diqqət mərkəzindədir

24 Aprel 2012 16:46 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, aprelin 24-də  "Aztelekom" İstehsalat Birliyində Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi (RİMHİRK) Bakı 1 şöbəsinin III konfransı keçirilidi. Tədbiri giş sözü ilə "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov açaraq, son illər rabitə və informasiya texnologiyaları sahəsində aparılmış islahatlar barəsində qısa arayış verdi. O, vurğuladı ki, MDB ölkələri arasında birinci olaraq 2008-ci ildə məhz Azərbaycanda ölkənin bütün yaşayış məntəqələrinin tam telefonlaşdırılması və 2010-cu ilin sonunda Respublikanın rabitə şəbəkəsinin əsasını təşkil edən kommutasiya avadanlaqılarının yeni elektron avadanlıqlarla əvəz olunması başa çatdırıldı.

Məhəmməd Məmmədov çıxışında Azərbayjan Respublikasının Prezidenti İlham Əliyevin cənablarının Nazirlər Kabinetinin 2012-ci ilin I rübünün sosial-iqtisadi inkaşafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında rabitə və informasiya texnologiyaları barəsində səsləndirdiyi "Biz İnternet dövründə yaşayırıq. Bu, reallıqdır və biz bu reallığa hazırıq. Azərbaycan o ölkələrdəndir ki, burada azad internet vardır. Bunu, bəzən bizi tənqid etmək istəyənlər unutmasınlar. İnternet istifadəçilərinin sayı getdikcə artır, 50 faizdən çoxdur. Biz indi hər bir kəndə, hər bir yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilməsinə çalışırıq və buna nail olacağıq" fikrini xatırlatdı.

Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucov inkişaf edən cəmiyyətimizdə Həmkarlar İttifaqı təşkilatlarının rolundan danışaraq, "Aztelekom" İB Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin bu istğiqamətdə fəaliyyətini müsbət qiymətlərdirdi.

Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Bakı-1 şöbəsinin sədri Bəylər Qurbanov şöbənin 2005-2012-ci illər ərzində gördüyü işlərin hesabatı ilə çıxış etdi. O, ötən müddət ərzində müxtəlif ictimai, mədəni tədbirlərə ümumilikdə 94340 manat məbləğində vəsait sərf olunduğunu açıqladı. "Həm milli, həm də dini bayramlarımızda, o cümlədən, Yeni İl, Novruz bayramlarında kollektiv üzvlərinə yardımlar edilmiş, bütün şöbələrə işçilərin sayına uyğun olaraq bayram sovqatları düzəldilmiş və bayramı yüksək əhval rühiyyə ilə keçirmələri üçün kollektiv üçün ziyafətlər təşkil edilmişdir."

Natiq çıxışında Həmkarlar Komitəsinin qərarı ilə müəssisədə çalışan qaçqın, məcburi köçkün və son dərəcə imkansızlara əlavə maddi yardımlar göstərildiyini, rayonlarının erməni mənfurları tərəfindən işğalı günündə həmin rabitəçilərlə hər il görüşlər keçirildiyini, onlara maddi yardımlar və ya ərzaq malları ilə yardımlar edildiyini qeyd etdi: "Belə işlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tədbirlər Planında da öz əksini tapdığından onlarla görüşlər daim nəzarətdə saxlanılır. Belə ki, RİTN-nin Tədbirlər Qrafikinə əsasən rabitəçi-məjburi 1 milyon 363 min 878 manatlıq yardımlar göstərilmişdir."

Bəylər Qurbanov "Aztelekom" İB Rabitəçilər arasında keçirilən Respublika Spartakiadasında 2004-cü ildən bu günə kimi hər il Spartakiadanın I-si, qalibi olduğunu da xatırlatdı: "Hər il idmançılarımız 8 idman növü üzrə mübarizə apararaq uğurlu qələbələr əldə etmişlər. Bu yüksək nətijələr hörmətli baş direktorumuzun idmana və idmançılara göstərdiyi qayğının sayəsində əldə olunmuşdur."

Sonra RİMHİRK Bakı-1 şöbəsinin təftiş komissiyasının hesabatı dinlənildi, sədrin və təftiş komissiyasının hesabatlarına qiymət verildi. Bəylər Qurbanov yekdilliklə yenidən Bakı-1 şöbəsi sədri seçildi, Rəyasət Heyətinin, təftiş komissiyasının və Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin III Konfransına nümayəndənin seçilməsi üçün ayrı-ayrılıqda səsvermə keçirildi.


Tural QABİLOĞLU