Tarkan arvadına görə yataq FOTOsunu sildi

3 Mart 2017 11:36 (UTC+04:00)

Nyu-Yorkda konsert verməyə hazırlaşan Tarkan dünən sosial mediada yatağından çəkdiyi bir fotosunu paylaşmışdı.

Movqe.az axşam.az-a istinadən bildirir ki, qısa müddətdə çoxlu insan tərəfindən bəyənilən foto xüsusilə qadın fanatlarını təəccübləndirmişdi.

Ancaq Tarkan az sonra bu fotonu silib. Deyilənlərə görə, meqastarın xanımı onun yarıçılpaq fotosuna etiraz edib.