Aktrisa yeni obrazı üçün kişi "oldu" - fotolar

3 Mart 2017 12:45 (UTC+04:00)

Aktrisa Tilda Suinton yeni filmi "Suspiria" üçün "kişi" obrazına girib.

Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, o, 1977-ci ildə çəkilmiş eyniadlı filmin remeyki üçün tanınmaz hala düşüb. Aktrisa bu halda sevgilisi Sandro Koppun ziyarətinə gedib.

Filmdə Tildadan başqa Dakota Conson, Kloe Qreys Moretz və Mia Qot da çəkilir.