Mehman Hüseynovun harada saxlanılacağı bilindi - YENİLƏNİB

3 Mart 2017 14:37 (UTC+04:00)

Bu gün Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilən tanınmış bloqqer Mehman Hüseynov 1 saylı Bakı İstintaq Təcridxanasına aparılıb.Movqe.az xəbər verir ki, bu barədə Lent.az-a vəkil Elçin Sadıqov məlumat verib. Vəkil əlavə edib ki, hökmlə bağlı sənədi əldə etdikdən sonra Suraxanı rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəklər.