Suriya ordusu 52 yaşayış məntəqəsini terrorçulardan azad edib

3 Mart 2017 16:27 (UTC+04:00)

Suriya ordusu son bir ay ərzində 52 yaşayış məntəqəsini terrorçulardan azad edib.

Movqe.az-ın  məlumatəna görə, bunu brifinqdə Rusiya SQ Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi Sergey Rudskov deyib.

O qeyd edib ki, azad edilmiş məntəqələrdə 1702 kv.km ərazi təmizlənib.

S.Rudskov əlavə edib ki, Suriya hökumət qoşunları Rusiya Hərbi Kosmik Qüvvələrinin dəstəyi ilə İŞİD və "Cəbhət ən-Nüsra" terror qruplaşmalarına qarşı hərbi əməliyyatları davam etdirir.

Trend