Quduzluqla bağlı-Şok statistika

3 Mart 2017 15:29 (UTC+04:00)

Bu ilin iki ayı ərzində 13 quduzluq xəstəliyi daşıyıcısı aşkarlanıb.  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin Movqe.az-a verdiyi məlumata görə, cari ilin müvafiq dövründə Respublika Baytarlıq Labarotoriyasına 13 nümunə daxil olub. 13 nümunədən 12-də quduzluq xəstəliyinin daşıyıcı aşkarlanıb. Y. Xanvəlinin sözlərinə görə, quduzluq faktları əsasən sahibsiz itlər arasında aşkarlanıb. Qurum səlahiyyətlisinin sözlərinə görə, bu aydan 250 min sahibli və qeydiyyatda olan itlərin quduzluğa qarşı vaksinasiyasına start verilib: "Bu iş may ayında başa çatdırılacaq. Hazırda quduzluqla bağlı ölkədə vəziyyət sabitdir"

Zülfiyyə QULUYEVA