ARDNF indiyədək AÇG-dən 123,1 mlrd. dollar gəlir əldə edib

3 Mart 2017 16:58 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar blokundan 2017-ci ilin martın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.
 

ARDNF-dən  verilən məlumata görə, bu ilin 2 ayında AÇG yataqları üzrə fond 993 mln. ABŞ dolları gəlir əldə edib.
 
Ümumiyyətlə, 2001-ci ildən etibarən cari ilin mart ayının 1-dək AÇG yataqlar bloku üzrə 123,102 mlrd. dollar həcmində gəlir əldə olunub.

APA