Londonda partlayış baş verib

4 Mart 2017 11:30 (UTC+04:00)

Londonun qərbində evlərin birində qaz sızması nəticəsində güclü partlayış baş verib.

Movqe.az-ın məlumatına görə, partlayış yerli vaxtla saat 18:00-da olub. Qonşu binaların və evlərin sakinlri təxliyə edilib, yaxınlıqdakı yollar bağlanıb.

Zərərçəkənlər barədə məlumat daxil olmayıb. Hadisə yerinə polis əməkdaşları və yanğınsöndürənlər cəlb edilib.