Manatın çapı Azərbaycanda reallaşa bilər

4 Fevral 2013 14:50 (UTC+04:00)

Bu gün dünyamızda hamının həyatına daxil olan, hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən pul çox mühüm məsələdir. Müxtəlif ad, nominasiyada olan, fərqli dizaynları ilə seçilən pul əskinasları arasında Azərbayca manatı da özünəməxsus yer tutur. Aparılan sorğular artıq əhalinin xarici valyutalar, o cümlədən dollar və avro ilə müqayisədə Azərbaycan manatına daha çox güvəndiyini göstərir. Manatın çapı isə əvvəlki kimi ölkə sərhədlərindən kənarda keçrilir və Azərbaycana heç də ucuz başa gəlmir. Bu fonda aktuallaşan məsələlərdən biri manatın çapının artıq ölkə daxilind əhəyata keçrilməsidir.

Movqe.az saytı Azərbaycanın pul əskinaslarının xaricdə istehsal olunmasının səbələri haqqında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikirlərini öyrənib:

"Pul əskinaslarının istehsalı çox mühüm məsələ olduğu üçün onun istehsalı zamanı təhlükəsizlik qaydalarına riayət olunması çox vacib prosesdir. Çünki, pul əskinaslarının saxtalaşdırılmaması üçün təhlükəsizlik qaydalarına mütləq şəkildə əməl olunmalıdır. Bu gün ən çox saxtalaşdırılması geniş yayılan pul əskinası dollardır. Azərbaycanın pul əskinaslarını xaricdə istehsal etməsi məhz həmin təhlükəsizlik qaydalarının gözlənilməsi ilə bağlıdır. Xaricdə, xüsusən də Avropa Birliyində, Fransada, Kanadada və digər inkişaf etmiş ölkələrdə pul əskinaslarının istehsalı ilə məşğul olan xüsusi ixtisaslaşmış şirkətlər var. Həmin şirkətlər birmənalı şəkildə inkişafda olan ölkələrin pul əskinaslarının istehsalı ilə bağlıdır".

İqtisadçı Azərbaycanda gələcəkdə pul istehsalının mümükün olacağı barədə də açıqlama verib: "Bizdə pul əskinaslarının istehsalını reallaşdıra bilməməyimizin səbəbi texnologiyanın, xüsusi avadanlıqların olmamasıdır. Azərbaycan iqtisadiyyatı böyüyür, təbii ki bu zaman pula təlabat da artır. Azərbaycan bu gün inkişaf edir, pul dövriyyəsi böyüyür. Hesab edirəm ki, ölkə daxilində pul çapının 2015-ci ildən sonra həyata keçirilməsi, tətbiqi mümkündür. Azərbaycan üçün 2 il hazırlıq prosesi lazımdır ki, pul əskinaslarını istehsalı ilə bağlı hazırlıq işləri görülsün. Bu hazırlıq prosesinə həm texnologiyanın alınması, yeni qoruyucu elementlerin tətbiq edilməsi, istehala nəzarət sxenizminin formalaşması və digər fəaliyyətlər daxildir".

İqtisadçı-ekspert pul əskinaslarının ölkə daxilində istehsalının gətirəcəyi dividendlərə münasibət bildirib: "Qazanc birmənalı şəkildə ondan ibarətdir ki, xarici şirkətə pul əskinaslarının istehsalı üçün ödəniş olunmayacaq. Ölkədaxili istehsal nisbətən az xərclə başa gələcək. Çünki xarici şirkətlər sifarişləri alan zaman daha yüksək xərcə sahiblənmək istəyirlər. Bu prosesin baş verməsi xərclərin azaldılması baxımından Azərbaycan üçün əhəmiyyətlidir. Həm də bu zaman işin daha çevik reallaşması mümkün olacaq. Bu dövriyyə daha çox emissiyanın edilməsinə səbəb olur. Qeyd edim ki, bu məsələnin resusları və məsuliyyəti də kifayət qədər böyükdür".