Keyfiyyətsiz xidmət göstərən provayderlər ləğv ediləcək

5 Mart 2017 15:00 (UTC+04:00)

Azərbaycanda internet xidməti göstərən operatorlar və provayderlərə daha ciddi qaydada nəzarət ediləcək.

Movqe.Az xezerxeber.az-a istinadən bildirir ki, məqsəd həm internetdə təhlükəsizliyi təmin etmək, həm də vətəndaşlara keyfiyyətli xidmət göstərməyən şirkətlərin cərimələnməsidir. Qaydalara əməl etməyən provayderlər hətta ləğv edilə bilər. Bunun üçün "Telekommunikasiya haqqinda" qanuna dəyişikliklər edilir.
Vətəndaşları aldadan, onlara onlara müqviləyə uyqun internet xidməti göstərməyən opertorlar və provayderlərə daha ciddi qaydada nəzarət ediləcək. Qaydalara əməl etməyən və vətəndaşları aldadan şirkətlər sərt şəkildə cəzalandırılacaq.
Qanuna ediləcək dəyişikliyə əsasən, provayderlərdən hər hansı biri ölkə ərazisində yeni qurğu quraşdırdıqda onun barəsində mütləq məlumat verməli, qeydiyyata aldırmalıdır. Eyni zamanda, yeni dəyişikliklər sayəsində internetdən istifadəyə nəzarət də gücləndiriləcək.
Qanuna ediləcək dəyişikliyə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi tərəfindən sözügedən qaydaları pozan provayderlərin fəaliyyəti pozuntu aşkar olduğu andan məhkəmə qərarı verilənə günə kimi dayandırıla bilər. Qanuna ediləcək dəyişikliklər martın 7 də keçiriləcək Milli Məclisin plenar iclasında müzakirə ediləcək.