Aslı Enver Murad Bozla ayrılma xəbərindən danışdı

5 Mart 2017 17:00 (UTC+04:00)

Türkiyəli məşhurlar Aslı Enver və Murad Bozun ayrılma xəbəri yayılıb. 

Movqe.az-ın axşam.az-a istinadən xəbərinə görə, Enver müsahibəsində məsələ ilə bağlı açıqlama verib. 

O bildirib ki, bu xəbərə sadəcə gülüblər:

"Bir ildir sevgiliyik. Gözəl münasibət yaşayırıq. Həmin gün səhəri bu xəbərlə açdıq. Əvvəl qəzetə, sonra bir-birimizə baxıb güldük. İnsan özü ilə bağlı gerçək olmayan nəsə görəndə pis olur, amma edəcək heç nə yoxdur".